Xəzər Xəbər

Prezident ölkədə yeni idarəçilik modelindən danışdı VİDEO

Veb TV | 20:46 • 28 Mart 2023
Prezident ölkədə yeni idarəçilik modelindən danışdı

"Gələcəkdə xüsusi nümayəndə yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir".

Xezerxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı yeni idarəetmə modelinin artıq özünü doğrultduğuna diqqət çəkib.

Dövlət başçısı laçınlıların öz dogma yurdlarına qayıdışı ilə bağlı işlərin də sürətlə aparıldığını bildirib, ilkin rəqəmləri açıqlayıb.

Prezident  Laçın rayonunun Zabux, Sus, Güləbird və Qorçu kəndlərinə qayıdış planının təfərrüatlarından da danışıb. O, Laçın şəhərinin öz memarlıq üslubu ilə bütün dünyanın diqqətini çəkəcəyini vurğulayıb.

Prezident Laçın şəhərində inşa edilən hava limanının 2024-cü  ilin sonu və ya 2025-ci ilin əvvəlində istifadə veriləcəyini bildirib. Dövlət başçısı azad edilmiş ərazilərdə torpaqdan və meşə ərazilərindən istifadəyə xüsusi həssaslıqla yanaşılması, eləcə də qanunsuz hərəkətlərə qətiyyən yol verilməməsi ilə bağlı da tapşırıb verib.

Prezident İlham Əliyev Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edilərək böyük bir enerji mənbəyi yaradılacağına da diqqət çəkib. Dövlət başçısı azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücünun 200 meqavat olacağını, gələcəkdə isə bu həcmin 500 meqavata çatmalı olduğunu vurğulayıb. Prezident Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialının olduğunu da bildirib. Sonda Laçın rayonunda prezidentin xüsusi nümayəndəsi təyin edilən Məsim Məmmədov göstərilən etimada görə dövlət başçısına təşəkkür edib və qoyulan tapşırıqları icra etmək üçün bütün səyləri göstərəcəyini vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti