Xəzər Xəbər

İranın SEPAH-ı Azərbaycanı yenə təhdid etdi VİDEO

Veb TV | 23:00 • 22 Mart 2023
İranın SEPAH-ı Azərbaycanı yenə təhdid etdi

İslam İnqilabı Keşikçiləri Korpusu yenidən video yayaraq, Azərbaycanı təhdid edib.

Xezerxeber.az xəbər verir ki, videoda SEPAH-ın hərbi gücü nümayiş etdirilib və komandirlərin dilindən qonşu ölkələrin sərhədlərində geopolitik dəyişikliklərə imkan verilməyəcəyi qeyd edilib. Molla rejimi niyyətini daha açıq göstərmək üçün videodakı Ermənistan sərhədlərini və Zəngəzur bölgəsini qırmızı xətlə çevrələyərək, SEPAH-ın "qırmızı xətti"nin Ermənistan olduğuna işarə vurub.

Bu videodan sonra ürəyi soyumayan molla rejimi SEPAH-la bağlı sosial şəbəkələrdə Zəngəzur dəhlizi ilə bağlı xəritə paylaşaraq üzərinə farsca "Sünik canımızın bir parçasıdır!" cümləsini yazıb.

İran təhdidlərini təkcə Azərbaycana deyil, onun ən yaxın müttəfiqi Türkiyəyə qarşı də yönəldir. SEPAH-ın hazırladığı son animasiya videosunda Araz çayı üzərindən Azərbaycan tərəfə uçan qartalın sonradan kamikadze dronlara çevrildiyi əksini tapıb. Animasiya görüntüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur "Laçın" şeirini səsləndirməsi ilə müşayiət olunur.

"Əliyev və dəstəkçilərinə mesajımız açıq: Bir gün gələcəyik" hədə başlığı ilə paylaşılan video İranın Azərbaycan-Türkiyə qardaşlığından hədsiz narahat olduğunun sübutudur.

Bütün bu olanlar azmış kimi İran PUA-ları dünən gecə vəziyyəti dəyərləndirmək üçün Ermənistan səmalarına qalxıb.

Politoloq İlyas Hüseynov "Xəzər Xəbər"ə deyir ki, regionda yaranmış yeni reallıqlar İranın yuxusuna haram qatıb. Azərbaycanın güclənməsi, ən yaxın müttəfiqi və ortağı Ermənistanın rəzil duruma düşməsi İranın planlarını alt-üst edib.

Onun sözlərinə, İran istər bu, istərsə də qonşuya yaraşmayan digər hərəkətlərindən çəkinmək niyyətində görünmür.

Politoloq həmçinin qeyd etdi ki, İranın məkrli planları müttəfiq olduğumuz dövlətlər tərəfindən də preventiv tədbirlərlə müşayət olunacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti