Xəzər Xəbər

Vətəndaşlar tibb məntəqlərində deyil, niyə aptekdə sistem qoşdurur? VİDEO

Veb TV | 21:15 • 22 Mart 2023
Vətəndaşlar tibb məntəqlərində deyil, niyə aptekdə sistem qoşdurur?

Son zamanlar aptekə iynə vurmaq, sistem qoşmaq üçün gedənlərin sayı artıb. Belə ki, vətəndaşlar iynə vurmaq üçün xəstəxanaya getmək əvəzinə aptekə gedib əczaçıya müraciət edir.

Xezerxeber.az məlumat verir ki, əczaçılar da belə müraciətlərin son zamanlar artdığını qeyd edib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyev bildirdi ki, "Dərman vasitələri haqqında" qanuna əsasən, aptek təşkilatlarında yalnız insan həyatı üçün təhlükə olan hallarda ilkin tibbi yardım göstərilər bilər. İlkin tibbi yardıma yalnız bədən hərarətinin ölçülməsi, boyun və çəkinin ölçülməsi, təzyiqin ölçülməsi və qanda şəkərin miqdarının təyini kimi kiçik prosedurlar daxildir.

Bu prosedurlardan əlavə apteklərdə iynə, sistem vurulması kimi halların tətbiq edilməsi yol verilməzdir.

Qeyd olunan hallara yol verən apteklər inzibati məsuliyyət daşıyırlar....Bu hal aşkar edilərsə vəzifəli şəxslər 500 manatdan 700 manata kimi, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:

Xəbər lenti