Xəzər Xəbər

Ukraynalı jurnalistlər “Bayraktar TB2”lərə film həsr ediblər

Veb TV | 10:59 • 29 Yanvar 2023
Ukraynalı jurnalistlər “Bayraktar TB2”lərə film həsr ediblər

Ukraynalı jurnalist Nataliya Moseiçuk və komandası “Bayraktar TB2” pilotsuz hücum kompleksinə həsr olunmuş “Bayraktar Legend Wings” (Bayraktar əfsanə qanadları) adlı sənədli film hazırlayıblar.

Xezerxeber.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ukraynalı jurnalistlər filmin çəkilişləri üçün üç gün İstanbulda olublar. Ekran əsəri Ukraynanın ən böyük telekanallarından olan 1+1 kanalında yayımlanıb.

Filmdə “Baykar” şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondunun İdarə Heyətinin sədri Haluk Bayraktar, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Bayraktar TB2”lərin inkişaf mərhələsindən danışıblar.

Ekran əsəri “Baykar Technologies” adlı yutub kanalında və Ukraynanın digər televiziya kanallarında da yayımlanıb.

Xəbər lenti