Xəzər Xəbər

Bakıda yaşayış evində yanğın söndürülüb YENİLƏNİB/VİDEO

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub
Veb TV | 15:14 • 9 Dekabr 2022
Bakıda yaşayış evində yanğın söndürülüb

Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

14:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Xəbər lenti