Xəzər Xəbər

Moskvada ticarət mərkəzində yanğın olub, ölən var VİDEO

Veb TV | 10:24 • 9 Dekabr 2022
Moskvada ticarət mərkəzində yanğın olub, ölən var

Moskva vilayətində yerləşən “OBI” hipermarketində baş vermiş yanğın nəticəsində bir nəfər həlak olub.

TASS-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın 7 min kvadrat metr sahəni əhatə edib. Hadisə nəticəsində hipermarketin mühafizəçisi həlak olub.

Yanğın Moskva vilayətinin Ximki şəhərində yerləşən “Meqa” ticarət mərkəzinin tərkibində fəaliyyət göstərən “OBI” hipermarketinin mebel və tikinti materialları şöbəsindən başlayıb. Hadisə güclü partlayışlarla müşayiət olunub. Ehtimal edilir ki, hipermarketdə olan boya və aerozol qutuları partlayıb.

Güc strukturları yanğının iki səbəbini – qısa qapanma və kənardan müdaxilə variantlarını araşdırırlar.

Hazırda yanğın söndürülüb. 

Xəbər lenti