Xəzər Xəbər

"Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri üç ölkənin konsepsiyalarına əsaslanır VİDEO

Veb TV | 20:12 • 29 Noyabr 2022
"Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri üç ölkənin konsepsiyalarına əsaslanır

Ölkəmizdə "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri üzrə Sinqapur, Dubay və Berlin konsepsiyaları irəli sürülüb. Azərbaycan isə bu konsepsiyaları tətbiq edərkən yerli xüsusiyyətləri də nəzərə alıb.

Xezerxeber.az-ın məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında belə deyib.

"Ağıllı şəhər" sadəcə texnoloji yeniliklərinə görə maraqlı deyil, bu sistemin qurulması həmin ərazilərdə həyatı rahatlaşdırmalı, vaxt itkisini aradın qaldırmalı, xərcləri azaltmalı, eləcə də biznesin işini asanlaşdırmalı və həm biznesin, həm də insanların gəlirlərini artırmalıdır. Yəni smart layihələr zərurətdən irəli gəlməlidir.

Qeyd edək ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa və inkişaf işləri ilə yanaşı, müxtəlif innovasiyaları da tətbiq edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti