Xəzər Xəbər

Bakıda soyğunçuluq və cibgirlik edən şəxslər ifşa edildilər VİDEO

Veb TV | 21:51 • 29 Noyabr 2022
Bakıda soyğunçuluq və cibgirlik edən şəxslər ifşa edildilər

Bakının Binəqədi rayonunda müxtəlif vaxtlarda taksi sürücülərinə qarşı soyğunçuluq edilib.

Xezerxeber.az-ın məlumatına görə, naməlum şəxs taksilərə müştəri kimi əyləşəndən sonra sürücülərin mobil telefonlarını müxtəlif qanunsuz yollarla ələ keçirərək  hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmişlərin şikayətləri əsasında keçirilmiş əməliyyat-axatarış tədbirləri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Tural Binyətov saxlanıb. O, törətdiyi əməlləri etifar edib.

Keçirilmiş növbəti əməliyyatlar nəticəsində avtobuslarda və əhalinin sıx olduğu ticarət müəssisələrində cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanıblar.

Əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev yaxalanarq istintaqa təqdim ediliblər. Araşdırmalarla bu şəxslərin paytaxtın bir sıra rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib.  Qeyd edək ki, saxlanan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar