Xəzər Xəbər

Taksi sürücülərinin DİQQƏTİNƏ - 50 manat cərimə oluna bilərsiniz VİDEO

Veb TV | 18:23 • 30 Sentyabr 2022
Taksi sürücülərinin DİQQƏTİNƏ - 50 manat cərimə oluna bilərsiniz

Son dövrlər vətəndaşların daha çox narazılıq etdiyi xidmətlərdən biri də taksi fəaliyyətidir. Xüsusilə qiymətlərə yanaşmada insanların fikirləri birmənalı deyil. Bəziləri düşünürlər ki, taksi xidmətləri kifayət qədər bahadır. Ona görə də, taksilərə taksometrlərin quraşdırılmasının tərəfdarıdırlar.

Elə taksi fəaliyyəti ilə məşğul olanlar da bildirirlər ki, taksometrlər olmadığı üçün qiymət razılaşmaqdaçətinlik çəkirlər. Taksi şirkətlərinin təyin etdiyi məbləğ isə bəzən gedilən yolla tərs mütənasib olur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Taksometrlə fəaliyyət göstərmək tələbi fərdi qaydada  işləyənlərə tətbiq edilə bilər. Şirkətlərlə əməkdaşlıq edənlər üçün isə bu, zəruri deyil.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirir ki, İnzibati xətalar məcəlləsində taksometr olmadan taksi fəaliyyəti göstərən sürücülərə  50 manat məbləğində cərimə nəzərdə tutulub.

Xəbər lenti