Son günlər iranlı deputatların və rəsmilərin Azərbaycana qarşı səsləndirdiyi tədhid dolu mesajların ardı-arası kəsilmir. Bu dəfə də İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı Azərbaycanı təhdid edib.
"İran regionun sərhədlərinin dəyişdirilməsinə dözməyəcək".
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı bildirib. Onun sözlərinə görə İran sərhəd dəyişikliklərinə sakit reaksiya verməyəcək.
O həmçinin öz çıxışında Bakı və İrəvana münaqişələri dinc vasitələrlə həll etməyi məsləhət görüb.
Politoq Zaur Məmmədovun sözlərinə görə ran bu dəqiqə kiməsə məsləhət verəcək halda deyil. O əvvəlcə ölkəni bürüyən aksiyaların qarşısını alsın. Yox əgər verəcəksə də məsləhəti Ermənistanda versin.
Əgər söhbət sülhdən gedirsə İran bilməlidir ki, sülhü istəyən və Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsini 30 il gözləyən olan tərəf də məhz Azərbaycandır.
Qeyd edək ki,Prezident İlham Əliyev Laçın şəhərindəki çıxışında bildirib ki,əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir.