Xəzər Xəbər

Orta məktəblərdə dərslik çatışmazlığı var VİDEO

Veb TV | 20:39 • 22 Sentyabr 2022
Orta məktəblərdə dərslik çatışmazlığı var

Yeni dərs ili artıq bir həftədir başlayıb. Ancaq bəzi məktəblərdə dərslik təminatında hələ də çatışmazlıqlar var. Bir çox siniflərdə şagirdlərə hələ də bəzi dərsliklər paylanmayıb. Bəs problem nədən qaynaqlanır və nə vaxt aradan qaldırılacaq?

Övladı Gəncə şəhər 4 saylı məktəbin 3-cü sinfində təhsil alan bu valideyn dərsliklərin çatışmazlığından şikayət edir. Onun sözlərinə görə, məktəbdə yeni dərsliklərin verilməsində ləngimələr yaşanır. Mövcud problemi isə valideynlər öz hesablarına həll edirlər.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi də problemin olduğunu təsdiqləyib. İdarədən bildirilib ki, ləngimə bəzi siniflər üzrə dərsliklərin yenilənməsi ilə əlaqədardır və məsələ artıq həllini tapıb. 

Elm və Təhsil Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, ümumi təhsil müəssisələri təqdim olunan proqnoz tələbat əsasında dərsliklərlə təmin edilir. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır. 

Xəbər lenti