Xəzər Xəbər

Daha hansı yüksəkliklər ermənilərdən təmizlənə bilər? VİDEO

"Ermənistan üçtərəfli bəyanatın bəndlərinə əməl etməsə, növbəti əməliyyatlar keçirilə bilər"
Veb TV | 19:32 • 15 Avqust 2022
Daha hansı yüksəkliklər ermənilərdən təmizlənə bilər?

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi ''Qisas'' əməliyyatı ilə bir sıra vacib yüksəkliklər ordumuzun nəzarəti altına keçib. Bunlar Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdir. Bu yüksəkliklərdən əsas mövqelər daim müahidə altında saxlanılır.

Xezerxeber.az-ın məlumatına görə, mövzunu şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan üçtərəfli bəyanatın bəndlərinə əməl etməsə, növbəti əməliyyatlar keçirilə bilər.

O, ''Xəzər Xəbər''ə növbəti mərhələdə azad oluna biləcək yüksəkliklərin strateji önəmindən də danışıb.

Ədalət Verdiyev deyib ki, hazırda Azərbaycan Ordusu Laçın şəhəri və ətraf kəndlərin ermənilərdən təmizlənməsi işlərinə xüsusi diqqət ayırıb. Bunun üçün isə azad olunan Qırxqız və Sarıbaba yüksəklikləri ordumuza kifayət qədər üstünlüklər yaradıb.

Onun sözlərinə görə, qeyd olunan yüksəkliklər istiqamətində son dəfə azad olunan Buzduğ yüksəkliyinin olması Azərbaycan Ordusunun işini daha da asanlaşdıracaq. Ordumuzun qarşıdakı hədəfləri sırasında digər yüksəkliklər də var.

Hərbi ekspert onu da bildirib ki, bütün bu yüksəkliklərlə yanaşı, ordumuz həm də Ağdam istiqamqətindən də hərbi təzyiqlərini artıra bilər. Bununla yanaşı, ''Qlobus'' adlanan, keçmiş Ağdərə rayonunun giriş qapısı hesab olunan olan yüksəkliyin də Azərbaycanın nəzarətinə keçmə ehtimalı böyükdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti