Xəzər Xəbər

Ermənistan insan hüquqlarını pozur - Qərb dairələri isə səssiz qalır VİDEO

Veb TV | 21:22 • 13 Avqust 2022
Ermənistan insan hüquqlarını pozur - Qərb dairələri isə səssiz qalır

"Ermənistanda söz azadlığı boğulur, yaşamaq hüququ təhdid altındadır, həbs isə cəza alətinə çevrilib" belə bir açıqlama ilə erməni  jurnalist Lika Tumanyan  çıxış  edib. Onun sözlərinə görə misli görünməmiş repressiya dalğasının  baş verdiyi  Ermənistanda 2018-2022-ci illərdə 68 məhkum ölüb. Hər zaman "demokratiya" adı altında çıxış edən qərbin beynəlxalq təşkilatları bu dəfə də öz sükutunu pozmur. Bu arada Ermənistan hakimiyyəti Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərə qarşı repressiyalara başlayır.

Ermənistan insan hüquqlarını pozur, qərb dairələri isə  səssiz qalır.

Jurnalist Lika Tumanyanın sözlərinə görə   Ermənistanda 2018-2022-ci illərdə 68 məhkum ölüb. O bildirib ki, Ermənistanda misli görünməmiş repressiya dalğası baş verib. Belə ki, 2018-ci ildə - 18 nəfər, 2019-cu ildə - 21, 2020-ci ildə - 5 nəfər, 2021-ci ildə - 13 nəfər, 2022-ci ilin avqust ayında isə  - 11 nəfər müxtəlif  bəhanələrlə  həbs edilib. Sonradan bu  şəxslər dünyasını dəyişib. "Söz azadlığı boğulur, yaşamaq hüququ təhdid altındadır, həbs isə cəza alətinə çevrilib", - deyə Tumanyan əlavə edib.

Politoloq Zaur Məmmədov bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən  sonra Ermənistanda vətəndaşlara qarşı  təyziqlər artıb, onlar müxtəlif motivli əsaslarla həbs edilirlər.

Bu arada Azərbaycandan vətəndaşlıq istəyən ermənilərə cinayət işi açılib. Ermənistanın iki vətəndaşı dövlətə xəyanət və casusluqda ittihamı edilir. Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb. Əslində isə bu cinayət işləri də  digərləri kimi sifarişli olaraq açılıb.

"Beynəlxalq təşkilatlar yaxşı olardı ki, öz statuslarını nəzərə alaraq  bu kimi kobud səhvlərə yer verməsinlər" deyə ekspert əlavə edib. 

 

Xəbər lenti