Xəzər Xəbər

Bakıda bu yaşayış binaları SÖKÜLƏCƏK: 5 mərtəbli 11 binanın sakinləri KÖÇÜRÜLƏCƏK VİDEO

Veb TV | 21:10 • 13 Avqust 2022
Bakıda bu yaşayış binaları SÖKÜLƏCƏK: 5 mərtəbli 11 binanın sakinləri KÖÇÜRÜLƏCƏK

Paytaxtın Nizami rayonunda yerləşən çoxlu sayda ailənin yaşadığı 11 beşmərtəbəli bina söküləcək. Artıq həmin binalardan biri tamamilə sökülüb. Sakinlərin bəziləri isə kirayə mənzillərə köçürülüblər. Ərazidə çoxmərtəbəli binalar tikiləcək. Sakinlər də məhz həmin binalarda yeni mənzillərlə təmin ediləcəklər. Bəs  yeni binalar nə zaman istifadəyə veriləcək ?

Yüzlərlə sakinin yaşadığı 57 il öncə tikilən yaşayış binaları yeni hündürmərtəbəli binalarla əvəzlənir.

Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən, istismar müddətini başa vurmuş binaların sökülməsinə başlanılıb.

Sakinlərin sözlərinə görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb.

Tikinti şirkətinin layihə rəhbəri Məmmədrəsul Bilalovun sözlərinə görə, bir neçə ay əvvəl  yaxınlıqdakı 90 mənzilli beşmərtəbəli binalardan biri artıq tamamailə sökülərək,yerində yeni binanın tikintisi işləri aparılır. Digər binalar da mərhələli şəkildə söküləcək.

Məmmədrəsul Bilalov bildirdi ki,həmin binaların yerində 830 mənzildən ibarət 14-16 mərtəbəli binalar tikiləcək və sakinlərə veriləcək yeni mənzillərin sahəsi  isə indikindən 20 faiz böyük olacaq.

Qeyd edək ki, tikiləcək çoxmərtəbəli yaşayış binalarının 2-5 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur.

Xəbər lenti