Xəzər Xəbər

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - Hər an hazırdırlar VİDEO

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir
Veb TV | 11:25 • 12 Avqust 2022
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI - Hər an hazırdırlar

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Dəqiqləşdirilmiş döyüş mövqelərində xidmət edən hərbi qulluqçularımız istənilən təxribatın qarşısını almağa hər an hazırdırlar", - məlumatda qeyd edilib.

Xəbər lenti