Xəzər Xəbər

Laçın və Zabuxdan son görüntülər: Ermənilər kilsəyə belə ziyan vurur VİDEO

Veb TV | 19:51 • 11 Avqust 2022
Laçın və Zabuxdan son görüntülər: Ermənilər kilsəyə belə ziyan vurur

Laçının Zabux kəndinin erməni ailələrin kəndi tərk etməyə başlayıblar. Bu arada laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb. Ermənilər kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardırlar.

"Zabuxdan çıxan 54 erməni ailədən 7-si Qarabağda qalacaq"

Bu barədə Laçının Zabux kəndinin qondarma nümayəndəsi Andranik Çavuşyan deyib. "Hraparak" qəzetinin suallarını cavablandıran nümayəndə erməni ailələrin kəndi tək etməyə başladığını deyib. O,ərazidə 54 ailənin olduğunu söyləyib. Həmçinin bildirib ki, ailələrdən 7-si Xankəndinə, qalanları isə Ermənistanın müxtəlif şəhərlərinə köçürülücəklər.

Məlumata görə, qondarma qurumun bölgə nümayəndəsi Hayk Xanumyan kəndə gələrək Çavuşyanı hədələyib və bildirib ki, evlər yandırılsa, onlara heç bir təzminat verilməyəcək. Yayılan söz-söhbətlərə də münasibət bildirən kənd nümayəndəsi, "Dəqiq xatırlamıram, amma dedikləri üçün yəqin ki, belə olub" deyə cavab verib. 

Bu arada sosial şəbəkələrdə yeni görüntülər yayılıb.

Görüntülərdə ermənilər kilsənin üzərindəki xaç ornamentlərini fasaddan sökərək çıxardırlar.

Bu arada Xankəndidə Rusiyanın mobil operatoru "Tele2"nin xidmətlərindən istifadə edənlərə gələn bildiriş ermənilər arasında qəzəblə qarşılanıb. Belə ki, bildirişdə "Azərbaycana xoş gəlmisiniz!" ifadəsi, həmçinin mobil operatorun təklif etdiyi danışıq və internet tarifləri təqdim olunur. 

Bildirişdə digər diqqətçəkən məqam isə mobil operatorla bağlı yarana biləcək xidmətlərlə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyinin telefon nömrəsinə müraciət olunmasının tövsiyə edilməsidir.

Xəbər lenti