Xəzər Xəbər

Kürün sahilində narkotik yetişdirən şəxs “iş başında” yaxalandı VİDEO

Veb TV | 20:21 • 7 Avqust 2022
Kürün sahilində narkotik yetişdirən şəxs “iş başında” yaxalandı

Neftçalada narkotik əməliyyatı keçirilib. Kür çayını sahilində narkotik becərən şəxs iş üstündə yaxalanıb. Qəbələ və Bərdədə də  narkotik maddələrin alqı satqı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib.

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini iş başında yaxalandı

Neftçala Rayon Polis Şöbəsinə   Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub.   rayonun Xıllı kənd sakini Ceyhun Həmzəyev çətənə bitkilərinə qulluq edən zaman "iş başında" saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı 42 kiloqram marixuana və yaş çəkisi 331 kiloqram olan 110 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 

Qəbələdə də külli miqdarda "patı" və digər narkotik vasitələr dövriyyədən çıxarılıb.  keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən  satış məqsədi ilə əldə etdiyi 200 qram metamfetamin , 90 qram tiryək,  marixuana və iki ədəd elektron tərəzi aşkarlanıb. Onun evinə  Baxış zamanı  həmin ünvandadan 17 ədəd narkotik tərkibli çətənə bitkisi,120 qrama yaxın marixuana və 350 qram tiryək aşkar edilərək götürülüb.

Bərdədə isə polis 3 əməliyyat keçirib. Rayon sakini Rəşad Rəcəbov   barəsində həbs qəti imkan tədbiri seçilmiş qardaşı Rəcəb Rəcəbova gətirdiyi sovqatın içində narkotik maddə olması şübhə edildiyindən həmin bağlamaya baxış keçirilib və  300 qram doşabın içində ona qarışdırılmış külli   psixotrop maddə   aşkar edilib. Araşdırma zamanı məlum olub ki, narkotik maddəni həbsdə olan həyat yoldaşına Aynurə Rəcəbova  göndərib. O bilərəkdən narkotik maddəni həyat yoldaşı üçün göndərdiyini etiraf edib.

Polisin keçirdiyi digər əməliyyat zamanı rayon ərazisində narkotik maddələrin alqı satqı ilə məşğul olmaqda şübhəli bilinən  Şamxal Babayev   və Vasif  Abdullayev   saxlanılıb. Hər iki şəxsin  üzərindən   metamfetamin və heroin aşkar edilərək götürülüb.

Bərdə şəhərinin Füzuli küçəsi, təzə məhəllə adlanan ərazidə yaşayan rayon sakini Yurik İsmayılovun  evində isə  16 kalibrli tək lüləli, qundağı və lüləsi kəsilmis ov tüfəngi, bir ədəd Makarov tipli tapança, 11 ədəd patronu, iki ədəd tapançaya  aid daraq aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti