Xəzər Xəbər

İmtahanlarda niyə 700 bal toplayan yoxdu? - DİM sədri AÇIQLADI VİDEO

Veb TV | 20:49 • 2 İyul 2022
İmtahanlarda niyə 700 bal toplayan yoxdu? - DİM sədri AÇIQLADI

Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə abituriyentlərin müxtəlif fənlər üzrə imtahanlarda göstərdikləri nəticələri şərh edib. O qeyd edib ki, ildən-ilə ana dili və ingilis dili fənlərindən nəticələr yaxşılaşır. Amma riyaziyyat üzrə müşahidə edilən aşağı nəticələr necə var idisə, elə də qalıb. Məleykə Abbaszadə abituriyentlərin bu fənn üzrə hazırlıq səviyyəsinin qənaətbəxş olmamasının səbəblərinə aydınlıq gətirib. 

''Abituriyentlərin imtahanlarda ana dili və ingilis dili fənnlərindən göstərdikləri nəticələr yaxşılaşıb. Amma bu müsbət tendensiyanı, yaxşılaşma sürətini riyaziyyat fənni üzrə müşahidə etmirik''. Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə bildirib. O, abituriyentlərin riyaziyyat fənni üzrə hazırlıq səviyyələrinin qənaətbəxş olmamasının səbəblərinə aydınlıq gətirib. 

Məleykə Abbaszadə qeyd edib ki, zəif qiymətlərlə oxuyan şagirdlərin 9-cu sinifdən sonra repetitor yanına getməsi ümumi nəticəyə nəticəyə ciddi təsir etmir. O bildirib ki, bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. 

DİM-in direktorlar şurasının sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə də münasibət bildirib. O qeyd edib ki,  buraxılış və qəul imtahanlarında maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir. ''Hər zaman qeyd etmişəm ki, maksimal 700, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoq fərq görməyəcək. Çünki onlar onsuz da eyni səviyyəli abituriyentlərdir. Burada ola bilsin ki, hansısa bir suala cavab verməyib, yaxud texniki səhvə görə 700 bal toplaya bilməyib. Bu da formal göstəricidir''-deyə qurum sədri əlavə edib. 

Xəbər lenti

Çox oxunanlar