Xəzər Xəbər

''Fatmayı bağları'' yaşayış massivində avtobus qıtlığı yaşanır VİDEO

Veb TV | 20:24 • 30 İyun 2022
''Fatmayı bağları'' yaşayış massivində avtobus qıtlığı yaşanır

134 saylı marşrut üzrə hərəkət edən avtobusların sayı az, aralarındakı interval isə böyükdür.

Xezerxeber.az-ın məlumatına görə, bunu Binəqədi rayonu, ''Fatmayı bağları'' yaşayış massivində yaşayan sakinlər deyirlər.

Sakinlərin sözlərinə görə, avtobusların gec gəlməsi onların işini ləngidir. 

Məsələ ilə bağlı daşıyıcı şirkətin rəhbəri Qurban İsmayılov bildirib ki, sözügedən yaşayış massivində sərnişin axını azdır.

Amma o əlavə edib ki, problemin həll edilməsi üçün xəttə 12-14 avtobus buraxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti