Xəzər Xəbər

Bakıda pulsuz "Wi-Fi" xidməti dayandırıldı VİDEO

Veb TV | 22:34 • 29 İyun 2022
Bakıda pulsuz "Wi-Fi" xidməti dayandırıldı

Bu gündən etibarən paytaxtdakı bəzi parklarda pulsuz vayfay axtaranlar onu tapmayacaqlar. Çünki Bakıda ümumilikdə 14 yerdə quraşdırılan pulsuz "Wi-Fi" xidməti dayandırılıb.

"Bakı Telefon Rabitəsi" MMC-dən "Xəzər Xəbər"ə bildirilib ki, göstərdikləri xidmətlərin optimallaşdırılması məqsədilə "ictimai Wi-Fi" xidmətinin mövcud olduğu ərazilərdə monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən, daha çox tələbatın olduğu ərazilər istisna olmaqla, digər ərazilərdə bu gündən etibarən xidmətin dayandırılmasına qərar verilib.

Eyni zamanda, üç ərazidə - Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkında "ictimai Wi-Fi" xidmətinin fəaliyyəti daha da təkmilləşdiriləcək. 

Mövzu ilə bağlı danışan paytaxt sakinlər isə deyiblər ki, onsuz da "ictimai Wi-Fi"ın ancaq adı var idi...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti