Xəzər Xəbər

Bakıda məktəb yandı VİDEO

Yanğının başvermə səbəbləri araşdırılır
Veb TV | 21:20 • 28 İyun 2022
Bakıda məktəb yandı

Bu gün paytaxtın Sabunçu rayonunda yerləşən 68 nömrəli ikimərtəbəli orta məktəbdə yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, məktəbin damında baş verən yanğın havanın küləkli olması səbəbindən tez bir zamanda ətrafa yayılıb.

Yanğını ilk olaraq təhsil ocağının mühafizəçisi görüb. O, dərhal Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının qısa zamanda söndürülməsinə davam edən güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olub. Bununla belə, yanğın bir neçə saat sonra söndürülüb və alovun daha geniş əraziyə yayılmasına imkan verilməyib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti