Xəzər Xəbər

“Şuşa ili”nə həsr olunan xüsusi müsabiqənin nəticələri Şuşada elan edildi VİDEO

Veb TV | 21:50 • 28 İyun 2022
“Şuşa ili”nə həsr olunan xüsusi müsabiqənin nəticələri Şuşada elan edildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa ili”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini elan edib.

Xezerxeber.az-ın məlumatına görə, nəticələr Şuşa şəhərində elan olunub.

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva "Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsinin mərhələləri barədə məlumat verib.

O, layihələrin icrası zamanı qalib gələn təşkilatların fəaliyyətlərinin daim diqqət mərkəzində saxlanacağını bildirib.

Qeyd edək ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22-sinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti