Xəzər Xəbər

"Buğa yarışı" qanlı faciəyə səbəb oldu: Ölənlər və yaralananlar var VİDEO

Veb TV | 12:04 • 27 İyun 2022
"Buğa yarışı" qanlı faciəyə səbəb oldu: Ölənlər və yaralananlar var

Tolima inzibati bölgəsinin bir hissəsi olan Espinal şəhərində ölkədə ənənəvi korrida festivalında tamaşaçıların yerləşdiyi tribunanın bir hissəsi dağılıb.

Səlahiyyətlilər indiyədək insident nəticəsində 5 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını bildirib.

Hadisədən sonra böyük xaosun yaşandığı arenadan qaçan öküz küçələrdə çaxnaşma yaradıb.

Sosial media platformalarında qəza anını əks etdirən videolar yayımlanıb, ölən və yaralananların sayının artacağı güman edilir.

Tolima Mülki Müdafiəsinin açıqlamasında yaralananlar arasında qadın və uşaqların da olduğu qeyd edilib.

Digər tərəfdən, şəhərdəki xəstəxanada sıxlıq səbəbindən yaralılardan bəzilərinə müdaxilənin mümkün olmadığı, bölgədəki səhiyyə qurumlarından da dəstək istəndiyi bildirilib.

Espinal Bələdiyyəsindən verilən açıqlamada hadisədən çox kədərləndikləri ifadə edilərək, "Hər kəsi sakitləşməyə çağırırıq. Yardım təşkilatları hərəkətə keçdi. Axtarış-xilasetmə işləri və evakuasiyalar davam edir" - deyə bildirilib.

Xəbər lenti

Dənizdə bir nəfər batıb
19:27 • 15 Avqust 2022