Xəzər Xəbər

Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ: belə gedərsə... VİDEO

Veb TV | 20:07 • 26 İyun 2022
Xəzər dənizi ilə bağlı HƏYƏCAN TƏBİLİ: belə gedərsə...

Xəzərin  suyu günü-gündən azalır.  Artıq bu azalmanı Xəzərin sahillərində də açıq aşkar görmək mümkündür. Müxtəlif şəxslər olduqları ərazidə  müşahidə etdiklərini çəkərək sosial şəbəkələrdə  paylaşırlar. Və bu məsələni daha çox gündəmdə saxlayır. 

Xəzər dənizində suyun səviyyəsinin azalması ciddi narahatlıq doğurur. Daha öncədən suyun altında qalan daş və qayalar artıq suyu üzündə görünməyə başlayıb. Bu da Xəzərin bir neçə metr geri çəkildiyini deməyə əsas verir. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirdi ki, əsas səbəblərindən biri Volqa çayından gələn suyun miqdarının azalmasıdır. 

Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi sahələrin fəaliyyətinə mənfi təsir edə bilər. 

Qeyd edək ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar