Xəzər Xəbər

Hərbi Hava Qüvvələri arsenalını zənginləşdirməkdə davam edir VİDEO

Veb TV | 19:59 • 26 İyun 2022
Hərbi Hava Qüvvələri arsenalını zənginləşdirməkdə davam edir

Hərbçilərimiz ölkəmizin ərazi bütövlüyünü qurudan, sudan və havadan çox qətiyyətlə qoruyurlar. Sıradakı süjetimizin qəhrəmanları vətənimizi, sərhədlərimizi səmadan mühafizə edənlər haqqındadır. Hərbi hava qüvvələrinin şəxsi heyəti bu missiyanın öhdəsindən layiqincə gəlirlər. 

44 günlük vətən müharibəsində parlaq qələbənin əldə edilməsində hərbi hava qüvvələrinin də böyük rolu var. 2-ci qarabağ döyüşlərinin iştirakçısı, pilot Xəzər Filmanov deyir ki, bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir. 

Pilotlar xüsusi saatlarda mütəmadi olaraq təlim uçuşları həyata keçirirlər. 

Döyüş təyyarələrinin havaya qalxmasında texniklərin də ən az pilotlar qədər əməyi var. Onlar təyyarəni şassisindən kabinəsinə qədər yoxlayır, yaranmış ən kiçik problemləri  aradan qaldrırlar.

Hava məkanın qorunmasında, eləcə də səmadan döyüş tapşırıqlarının icra olunmasında PUA-ların da rolu danılmazdır. 44 günlük vətən müharibəsində düşmənin kabusuna çevrilən Bayraktar TB2 silahlı puaları hazırda pilotlarımız tərəfindən yüksək peşəkarlıqla idarə olunur.

Hazırda Azərbaycan hərbi hava qüvvələrinin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılırlar. Bu kadrlar Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarına və təlimlərinə cəlb olunurlar. 

Xəbər lenti