Xəzər Xəbər

Türkiyə-Azərbaycan prezidentləri dünyaya mesaj verdilər VİDEO

Veb TV | 19:35 • 16 May 2022
Türkiyə-Azərbaycan prezidentləri dünyaya mesaj verdilər

Dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbərlərinin iştirakı ilə açılması Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Türkiyəli ekspertlər hesab edirlər ki, hər iki dövlət başçısının açılışda iştirakı və ordakı çıxışları bütün dünyaya birlik mesajı idi.

''İki dövlətin rəhbərlərinin türk xalqı qarşısında əl-ələ tutub yumruqlarını bərabər havaya qaldırmaları Türkiyə və Azərbaycanın bundan sonra da hər zaman birlikdə olacağı demək idi''. Bunu ehtiyatda olan türkiyəli general Yücel Karauz ''Xəzər Xəbər''ə müsahibəsində deyib. Onun sözlərinə görə, Rize-Artvin Hava Limanının açılışının Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin birgə iştirakı ilə gerçəkləşməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərir. 

Ehtiyatda olan general Yücel Karauz deyir ki, Türkiyə Prezidentinin işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər edərək, Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi, həmçinin iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa bəyannaməsinin imzalanması da böyük əhəmiyyətə malikdir. Türkiyəli ekspertin fikrincə, bu baxımdan, Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük qələbəsi kimi tarixdə əbədi qalacaq.

Yücel Karauzun fikrincə, iki ölkə rəhbəri arasında mövcud olan möhkəm dostluq əlaqələri təkcə Türkiyə-Azərbaycan arasında deyil, bütün türk dünyasında münasibətlərin inkişafına və möhkəmlənməsinə xidmət edir. 

Xəbər lenti