Xəzər Xəbər

Aviabiletlərin qiymətləri ucuzlaşmaq bilmir VİDEO

Veb TV | 1,121 | 19:43 • 16 May 2022
Aviabiletlərin qiymətləri ucuzlaşmaq bilmir

Aviabiletlərin qiymətləri yenidən bahalaşıb. Xüsusilə son vaxtlar qonşu Türkiyə, Gürcüstan və Rusiyaya təyyarə ilə gedib-gəlmək olduqca baha başa gəlir. Quru sərhədlərin bağlı olması,  uçuş məhdudiyyətləri və s. Çox güman ki,  bütün bunlar qiymətlərin ucuzlaşmasının qarşısını alır. 

Aviabiletlərin qiymətləri ucuzlaşmaq bilmir. Əksinə hava nəqliyyatı ilə sərnişin daşıma qiymətləri ötən ay ilə müqayisədə yüksəlib.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, hər il yaz aylarından başlayaraq qiymətlərdə bahalaşma müşahidə edilir. Səbəb xaricdə və ölkəmizdə təhsil alan tələbələrin gəliş-gedişi, eyni zamanda turist axınıdır. 

Ekspert deyir ki, xüsusilə Türkiyə və əks istiqamətdə bilet qiymətləri 20-30 faiz arasında bahalaşıb. Bahalaşma eyni zamanda Gürcüstan istiqamətində də müşahidə edilir.

Rusiya və əks istiqamətdə də hələki bilet qiymətləri sözün əsl mənasında cib yandırır. Bunun səbəbi faktiki olaraq uçuş məhdudiyyətləri və reyslərin sayının az olmasıdır. 

Bununla belə, asiya ölkələri istiqamətində aviabiletlər nisbətən ucuzlaşıb. Xüsusilə indiki aylardan başlayaraq həmin ölkələrdə kəskin istilər olduğundan gediş-gəlişlərin sayı azalır.

Rəhman Quliyev deyir ki, əgər rusiya ilə uçuş məhdudiyyəti qaldırılsa, bu zaman qiymətlərdə enmə müşahidə ediləcək. Digər istiqamətlərdə isə hələlik qiymət ucuzlaşması gözlənilmir.

 

Xəbər lenti