Xəzər Xəbər

Kürdə suyun səviyyəsi sürətlə artır VİDEO

Veb TV | 20:27 • 15 May 2022
Kürdə suyun səviyyəsi sürətlə artır

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi son 10 gündə bir neçə metr qalxıb. Bu da aylarla su sarıdan əziyyət çəkən sakinlərin sevincinə səbəb olub.

Bir -neçə ildir ki, Kür çayında suyun səviyyəsinin normadan aşağı düşməsi  Neftçala  və  Salyan rayonlarında ciddi problemlərə səbəb olurdu. Bu problem  ildən-ilə daha da kəskinləşir, dəniz  suyu Salyana qədər  irəliləyirdi. Nəticədə Kürdə kiçik adalar əmələ gəlir, nasoslar  tam gücü ilə işləmirdi. 

Son günlər isə  havaların qeyri-sabit keçməsi, ölkə ərazisinə intensiv yağıbtıların düşməsi Kür çayına tökülən Göyçay, Türyançay və Girdmançay çaylarında suyun səviyyəsinin artmasına səbəb olub. Bu isə Kürdə suyun sululuq dərəcəsinə təsir göstərib. Son 10 gündə Kürün səviyyəsi bir neçə metr qalxıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, bu günlərdə müşahidə edilən intensiv yağıntılar əksər çayların sululuğunu artırıb. Kür çayı da onlardan biridir.

Asif Verdiyəv əlavə edib ki,  o da bildirildi ki, Kür çayının Neftçaladan keçən hissəsində duzluluq normadan aşağı olub. 

Xəbər lenti

Çox oxunanlar