Xəzər Xəbər

Məktəblərdə qeyri-etik hərəkətlərin baş verməsinin səbəbi nədir? VİDEO

Veb TV | 20:23 • 28 Yanvar 2022
Məktəblərdə qeyri-etik hərəkətlərin baş verməsinin səbəbi nədir?

Son günlər ard-arda məktəblərdə şagirdlərin qeyri-etik hərəkətləri ciddi narahatlıq doğurur. Bu gün də daha bir məktəbdə şagirdlərin belə bir videosu yayılıb. Bəs şagirdləri belə hərəkətlərə yol verməyə vadar edən nədir?

Xezerxeber.az-ın məlumatına görə, şagirdlər partanın üstünə çıxaraq rəqs ediblər.

Bəziləri isə partaları aşırıb və idman hərəkətləri ediblər.

Görüntülərdən aydın olur ki, həmin şəxslər yuxarı sinif şagirdləridir. Sosial şəbəkələrdə yayılan video ictimai qınağa səbəb olub. Hadisənin paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində baş verdiyi bildirilir.

Maraqlısı bundadır ki, ''İntellekt'' məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntüdə müəllim olduğu ehtimal edilən şəxs şagirdlərin bu hərəkətinə göz yumur. Yəni o buna heç bir reaksiya vermir. Halbuki müəllim və ya inzibati işçi bu barədə dərhal məktəb rəhbərliyinə müraciət etməli və dərs prosesinə mane olan şagirdlərlə bağlı tədbir görülməli idi. 

Görünüləri izləyən təhsil ekspertləri də belə halın məktəblərdə tez-tez baş verməsini kəskin qınayıblar.

Xoşagəlməz hadisəyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi də münasibət bildirib. İdarədən "Xəzər Xəbər"ə verilən məlumata görə, ''İntellekt'' məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən müvafiq araşdırma aparılır və zəruri profilaktiki tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti