Xəzər Xəbər

Rusiya-Ukrayna gərginliyi dünya enerji bazarına təsir edir VİDEO

Veb TV | 20:11 • 28 Yanvar 2022
Rusiya-Ukrayna gərginliyi dünya enerji bazarına təsir edir

Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik bundan sonra da davam edərsə, bu, Avropa bazarında mavi yanacağın qiymətinin artımına səbəb olacaq.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili, iqtisatçı-ekspert Vüqar Bayramov deyib ki, Rusiya ''OPEC''ə üzv ölkə olmasa da,''OPEC plus''da aktiv ölkələrdən sayılır. Şimal qonşumuz ən çox neft istehsal edən ölkələrdən biri olduğu üçün qlobal neft-qaz bazarına ciddi təsir göstərir.

Vüqar Bayramov hesab edir ki, Avropa Birliyinin qaza olan tələbatının 42 faizi məhz Rusiya tərəfindən ödənilir. Bu isə ciddi rəqəmdir.

Millət vəkilinin sözlərinə görə, iki ölkə arasındakı gərginlik səbəbindən Rusiya neftinin ixracında problemlər yarana bilər. Bu amil isə hazırda "qara qızıl"ın qiymətində müşahidə olan artımların davam etməsinə şərait yaradacaq.

Məsələni şərh edən TREND beynəlxalq informasiya agentliyinin baş direktorunun müavini Sahil Kərimli isə qeyd edib ki, Rusiya-Ukrayna gərginliyinin enerji bazarına mənfi təsirləri çoxdan hiss olunmağa başlayıb.

Ekspert əlavə edib ki, dünya bazarında enerji məhsullarının qiymətində artım davam edərsə, bu, Azərbaycanla yanaşı digər istehsalçı ölkələrə valyuta axınına səbəb olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti