Xəzər Xəbər

Qaz xəttinə qanunsuz qoşulanların DİQQƏTİNƏ - qanun sərtləşir VİDEO

Veb TV | 20:31 • 21 Yanvar 2022
Qaz xəttinə qanunsuz qoşulanların DİQQƏTİNƏ - qanun sərtləşir

Dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün bir sıra təkliflər hazırlanır. Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində müzakirəyə çıxarılacaq təkliflər bu sahədə olan bir sıra boşluqların aradan qaldırılması üçün nəzərdə tutulub. Qazdan qanunsuz istifadə ilə bağlı meyarlar da müəyyənləşib.

Dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün qanunvericilik təkmilləşdirilir.

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin iclasında müzakirəyə çıxarılacaq "Qaz təchizatı haqqında" qanuna təklif edilən dəyişiklikdə bır sıra məsələlər öz əksini tapıb. Layihəyə əsasən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə dəyən ziyanın hesablanması mexanizmi müəyyən ediləcək.

Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların qarşsının alınmaısna xidmət edəcək.

Millət vəkili onu da bildirdi ki, təklif edilən dəyişiklik bu sahədə olan boşluqların aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Xəbər lenti