Xəzər Xəbər

"Zəfər" saytının təqdimatı keçirildi VİDEO

Azərbaycan xalqının Zəfərinə həsr olunmuş “zefer.az” saytının təqdimatı keçirilib
Veb TV | 20:24 • 21 Yanvar 2022
"Zəfər" saytının təqdimatı keçirildi

44 gün ərzində azərbaycan şanlı qələbəsi ilə tarixdə yeni bir səhifə açdı. Həmin günlərdə baş verənlər və ölkəmizin əldə etdiyi uğurları dünyaya çatdırmaq üçün "zəfər.az" saytı istifadəyə verilib. Sayt zəfər salnaməsinin dünyaya çatdırılmasında önəmli rol oynayacaq

Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olacaq. Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova "zefer.az "saytının təqdimat mərasimində deyib.

Onun  sözlərinə görə  tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycan milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır.Əgər 2020-ci ilin Şanlı Zəfərimizin tarixə yazıldığı il, Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıc ili idisə, 2021-ci ilin bu Zəfərin nəticələrinin bütün dünya tərəfindən qəbul edilməsi ili olduğunu qeyd edən Səadət Yusifova Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri olduğunu diqqətə çatdırıb. 

O qeyd edib ki, bu fundamental dəyişikliklər Azərbaycanın yeni inkişaf modelini şərtləndirir.

Səadət Yusifova bildirib ki, xalqın üzərinə düşən missiya bu Zəfər salnaməsini yazıya və lentə almaqla gələcək nəsillərə çatdırmaq, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif olunmadan dünyaya çatdırmaqdır.Portalın ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulur.

Saytın təqdimat mərasimində dövlət və hökümət rəsmiləri və bir çox qonaqlar çıxış ediblər.

Xəbər lenti