Xəzər Xəbər

İngiltərə Liqa Kuboku: “Çelsi”nin finaldakı rəqibi “Liverpul” oldu VİDEO

Veb TV | 16:25 • 21 Yanvar 2022
İngiltərə Liqa Kuboku: “Çelsi”nin finaldakı rəqibi “Liverpul” oldu

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

"Liverpul" səfərdə "Arsenal"ın qonağı olub. Qarşılaşma Mersisayd təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Bu komandalar arasında baş tutan ilk görüş qolsuz bərabərliklə başa çatdığı üçün Yurgen Kloppun komandası iki oyunun nəticəsinə görə finala yüksəlib. "Liverpul" həlledici matçda "Çelsi" ilə qarşılaşacaq.

"Arsenal" - "Liverpul" 0:2

Qollar: Dieqo Jota, 19, 77

Qırmızı vərəqə: Tomas Partey, 90

Xəbər lenti