Xəzər Xəbər

Evinin sənədi olmayanlar üçün YENİ XƏBƏR VİDEO

Veb TV | 6,268 | 12:02 • 21 Dekabr 2021
Evinin sənədi olmayanlar üçün YENİ XƏBƏR

Son dövlər həm paytaxt Bakıda, eləcədə regionlarda yeni yaşayış massivləri salınır, fərdi evlərin tikintisi sürətlə artır. Lakin bəzən mənzillərin tikinitisi zamanı və ya alqı satqı vaxtı lazımi sənədlər qaydasında olmur. Bu isə sonradan həmin mənzillərin qeydiyyata alınmasında problemlər yaradır. Vətəndaşlar isə uzun müddətdir ki, mənzil sahibi olsalar da hələ də evləri üçün çıxarış əldə edə bilmədiklərini deyirlər. Onların sözlərinə görə, bəzən müraciətləri də cavabsız qalır. Əməkdaşımız Xələf Xələfov məsələ ilə bağlı reportaj hazırlayıb.

Ev və ya digər daşınmaz əmlak alarkən öncə onun sənədlərinin qanuniliyinə, mülkiyyət çıxarışına diqqət edilməlidir. Yoxsa bu, gələcəkdə bir sıra problemlərə səbəb ola bilər. Necə ki, payxtaxtda belə evlərin və obyektlərin sayı az deyil. Düzdür, məsələylə bağlı bir neçə dəfə yeni qərarlar verilib, qanunlara əlavə və dəyişikliklər  edilib. Ancaq problemlər hələ də qalmaqdadır, xüsusilə də, fərdi yaşayış evlərində.

Sakinlər deyir ki, küçədəki əksər evlər ata mülkləridir. Onların sözlərinə görə, mənzillərini rəsmiləşdirmək üçün aidiyyəti üzrə dəfələrlə müraciət də ediblər.  

Masazır qəsəbəsi, yeni yaşayış massivi Əziz Əliyev və Sarı Aşıq küçələrində də illərdir eyni problem davam edir. Sakinlərin sözlərinə görə, hazırda ərazidə 2 minə yaxın sənədsiz mənzil var.

Təəssüf ki, problem təkcə Bakını əhatə etmir. Regionlarda da evləri üçün çıxarış ala bilməyən sakinlər var.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə,  Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixli müvafiq fərmanında sonra Bakı şəhəri üzrə 400-ə yaxın çoxmənzilli bina çıxarışla təmin olunaraq istismara verilib.

Ramil Osmanlı deyir ki, hazırda ölkə ərazisində 1 milyona yaxın sənədsiz fərdi yaşayış evi var.

Əmlak Məsələləri Üzrə Dövlət xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, bu ilin 11 ayı ərzində 272 min 610 daşınmaz əmlak qeydiyyata alınıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz çoxdur. Qurumdan həmçinin bildirildi ki, vətəndaşlar fərdi yaşayış evləri tikərkən ya çıxarışlı, ya da bələdiyyə hərracı yolu ilə satılan torpaq almalıdılar. Eyni zamanda həmin torpaq sahələrinin təyinatı yaşayış tipli olmalıdır.

Xəbər lenti