Xəzər Xəbər

Azərbaycanlı yanğınsöndürənlərin alovla mübarizəsi ANBAAN VİDEO

Veb TV | 12:58 • 21 Dekabr 2021
Azərbaycanlı yanğınsöndürənlərin alovla mübarizəsi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin, Mingəçevir şəhərində yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın zamanı tüstüdən boğulmuş 1940-ci il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun və İsmayıllı rayonunun Zərgəran kəndində torpaq uçqunu altında qalmış 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlunun meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti