Xəzər Xəbər

Altı il əvvəl itkin düşmüş və ötən gün qalıqları tapılan neftçinin oğlundan açıqlama VİDEO

Veb TV | 15:15 • 9 Dekabr 2021
Altı il əvvəl itkin düşmüş və ötən gün qalıqları tapılan neftçinin oğlundan açıqlama

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş və ötən gün qalıqları tapılmış neftçi Bəhmən Cəfərov Gədəbəy rayonunun Söyüdlü kəndində dəfn ediləcək.  

Bu barədə Bəhmən Cəfərovun oğlu Bəhruz Cəfərov "Xəzər Xəbər"ə açıqlamasında deyib.

B.Cəfərov bildirib ki, atasının nəşi Hacı Sultanəli məscidindən götürülərək bu gün doğulduğu Gədəbəy rayonunun Söyüdlü kəndinə aparılacaq və orada dəfn ediləcək.  

Xatırladaq ki, 2015-ci ildə Xəzər dənizində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az Bəhruz Cəfərovun açıqlamasını təqdim edir:

Xəbər lenti