Xəzər Xəbər

FHN əməliyyat görüntülərini yaydı VİDEO

Veb TV | 14:06 • 30 Noyabr 2021
FHN əməliyyat görüntülərini yaydı

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları 16 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı bir fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən bir nəfər xilas edilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti