Xəzər Xəbər

HHM bölmələrinin döyüş atışları keçirildi VİDEO

Veb TV | 11:52 • 30 Noyabr 2021
HHM bölmələrinin döyüş atışları keçirildi

2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib.

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.

 

Xəbər lenti