Xəzər Xəbər

Azərbaycan "Avro-5" standartlı benzin istehsalına başlayacaq VİDEO

Veb TV | 21:10 • 29 Noyabr 2021
Azərbaycan "Avro-5" standartlı benzin istehsalına başlayacaq

Növbəti ilin ortalarından etibarən artıq ölkəmizdə istehsal edilən dizel yanacağı AVRO-5 standartına cavab verəcək. 2023-cü ildə isə AI-92 və AI-95 markalı benzin  AVRO-5 standartlarına uyğunlaşdırılacaq. Bütün bunlar Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma işləri ilə mümkün olacaq. 

Azərbaycanda istehsal olunan dizel və benzin yanacağının keyfiyyəti artırılacaq. Son model avadanlıqlar vasitəsilə Azərbaycan dünya standartlarına cavab verən yanacaq istehsalçısına çeviriləcək. 

Bütün bunlar SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri ilə mümkün olacaq. Artıq zavod ərazisində inşa edilən Dizel Hidrotəmizləmə qurğusunun tikintisi yekunlaşmaq üzrədir. 2022-ci ilin ortalarından etibarən ölkədə Avro-5 standartlarına uyğun dizel satılacaq.

Modernizasiya və yenidənqurma layihəsinin layihə rəhbəri Emil Alxaslı bildirdi ki, dizeldən sonra növbəti hədəf istehsal olunan Aİ-92 və Aİ-95 markalı benzinin keyfiyyətinin yüksəldilməsidir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə aparılan modernizasiya işlərinin gələcəkdə yanacağın qiymətinə təsirindən danışıb

Qeyd edək ki, Zavodda aparılan modernizasiya işlərinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. 

Xəbər lenti

Çox oxunanlar