Xəzər Xəbər

Polis Salyanda reyd keçirib, qaydaları pozan sürücülər cərimələnib VİDEO

Veb TV | 22:06 • 25 Noyabr 2021
Polis Salyanda reyd keçirib, qaydaları pozan sürücülər cərimələnib

Salyanda yol polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı avtoxuliqanlıq edən gənclər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, keçirilən reyd zamanı avtomobili müvafiq sənədləri olmadan və konstruksiya dəyişikliyi edərək sürənlər də məlum olub.

Bundan əlavə, avtomobildə konstruksiya dəyişikliyi edən 8 sürücünün nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa gətirilib.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclərlə izahedici söhbətlər aparıb, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi qeyd edilib. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti