Xəzər Xəbər

Deputat Fransadan izahat tələb edir: Separatçı və terrorçuları dəstəkləməkdə məqsədiniz nədir? VİDEO

Veb TV | 20:44 • 24 Noyabr 2021
Deputat Fransadan izahat tələb edir: Separatçı və terrorçuları dəstəkləməkdə məqsədiniz nədir?

Fransa Azərbaycana qarşı ikiüzlü siyasətini davam etdirir. Vətən müharibəsində Ermənistanın yanında olan, ona qardaşlıq edən bu ölkə yenə ənənəsinə sadiq qaldı. Qarabağda mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin rəsmiləri ilə görüşlərin keçirilməsi beynəlxalq qanunları ayaqlar altına atmaq deməkdir. Mövzunu millət vəkili Sevil Mikaylova şərh edib.  

Fransa hakimiyyəti öz ənənələrinə sadiq qalaraq, beynəlxaq hüquqa hörmətsizlik etməyə davam edir. Həm 44 günlük Vətən Müharibəsi zamanı, həm də sonrakı dövrdə rəsmi Paris yenə açıq birtərəfli mövqe nümayiş etdirməklə, Ermənistanın yanında olduğunu göstərdi.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili  Sevil Mikayılovanın sözlərilərinə görə, son dövrlər Fransanın rəsmi strukturları tərəfindən Azərbaycana qarşı ünvanlanmış müsbət jestlərin ömrü çox çəkmədi. Qarabağda hazırda da mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin ayrı-ayrı ərazi vahidləri ilə əlaqələr qurmaq cəhdləri, eləcə də onların isti qarşılanmalarının heç bir hüquqi əsası yoxdur və fransanın öz qanunlarına ziddir. Hələ 2019-cu ildə qondarma "DQR"lə Fransanın bəzi əyalətləri arasında imzalanmış dırnaqarası "sənədlər" Fransa məhkəmələri tərəfindən ləğv edilib.

Sevil Mikayılova qeyd edib ki, Fransa bir daha sübut etdi ki, bu ölkə seperatizmə ən böyük dəstək verənlərdən biridir.

Sevil Mikayılova bildirib ki, əgər bu gün də Qarabağdakı ünsürlərin Fransaya səfərinə, senatorlarla görüşünə şərait yaradılırsa, deməli bu, Fransanın rəsmi mövqeyidir və məsuliyyəti də rəsmi Paris daşıyır.

Görünür Fransada terrorçulara və seperatçılara dəstək göstərmək bir ənənə halına çevirilib. Fransa milyonlarla müsəlmanın hüquqlarının pozulduğu, diskriminasiyaya məruz qaldığı bir ölkədir. Özünü guya haqqın tərəfdarı kimi təqdim edən bu ölkənin rəsmiləri və senatorları öz ölkələrində mövcud olan eybəcərliklər barədə niyə susurlar?

TRT Vörld" kanalı Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən "Zavod: Gizli Fransız Əməliyyatı" adlı sənədli film yayımlayıb. Bəs nəyə görə bu günə kimi rəsmi Paris filmdə qeyd olunan, İŞİD terrorçuları ilə işbirliyi haqqında irəli sürülən ittihamlara, təqdim olunmuş təkzibedilməz faktlara münasibət bildirmir? Görünür rəsmi Parisin susqunluğu bundan sonra da davam edəcək. Axı cavab verməyə sözləri də yoxdur. 


 

Xəbər lenti