Xəzər Xəbər

Narkotik satan 12 nəfər tutulub VİDEO

Veb TV | 21:20 • 19 Oktyabr 2021
Narkotik satan 12 nəfər tutulub

Sumqayıtda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirilib. Nəticədə bu qanunsuz fəaliyyətlə məşğul olan biri qadın olmaqla 12 nəfər saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, ilk tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Baxışov, İbrahim Əliyev və Murad Cumatov ifşa edilib.

Onların üzərinə keçirilən baxış zamanı külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Şəhər sakini Əminə Fərzəliyeva da silsilə əməliyyatların gedişində saxlanıb. Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 91 qrama yaxın heroin, 12 qram metamfetamin aşkar olunaraq götürülüb.

Polisin həyata keçirdiyi növbəti tədbirlər nəticəsində isə daha 8 nəfər - Əhəd Süleymanov, Elçin Axundov, Möhübbət İsgəndərov, Pərviz Musayev, Ramiz Əsədov, Rafiq Nəsirov, Vadim Həşimov və Xanlar Şəfaqətov saxlanıblar. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin və digər növdən olan narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti