Xəzər Xəbər

İctimai hamamlarda çalışan vətəndaşlar iş yerlərinin hələ də açılmamasından narahatdırlar VİDEO

Veb TV | 19:42 • 19 Oktyabr 2021
İctimai hamamlarda çalışan vətəndaşlar iş yerlərinin hələ də açılmamasından narahatdırlar

Bakıda fəaliyyət göstərən ictimai hamamların işçiləri çalışdıqları obyektlərin pandemiya səbəbindən fəaliyyət göstərməməsindən narahatdırlar.Vaxtaşırı olaraq müxtəlif sahələrlə bağlı yumşalma qərarları verilsə də, bu, ictimai hamamlara aid olmayıb. Nəticədə uzun müddətdir ki, qapalı olan bu məkanların işçiləri çətin duruma düşüblər. Paytaxt ərazisindəki 10-dan çox ictimai hamamın işçiləri sözügedən məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, işçilər deyirlər ki, ictimai hamamlar Nazirlər Kabinetinin müəyyən etdiyi yumşalma tədbirləri çərçivəsində yenidən fəaliyyət göstərməyə hazırdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti