Xəzər Xəbər

Nazir məktəblərdə şagird sıxlığına münasibət bildirdi VİDEO

Veb TV | 21:27 • 22 Sentyabr 2021
Nazir məktəblərdə şagird sıxlığına münasibət bildirdi

Sentyabrın 22-də təhsil naziri Emin Əmrullayev Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin və Samux rayon İnstitut qəsəbə tam orta məktəbin yeni tikilmiş tədris binasının açılışında iştirak edib. 

Xezerxeber.az-ın məlumatına görə, təhsil naziri tədbirlərdən sonra jurnalistlərin suallarını cavablandırıb. 

Pandemiya dövründə dərslərin ənənəvi qaydada başlaması ilə məktəblərdə yaranan sıxlıq və bu səbəbdən yoluxmanın artma ehtimalı ilə bağlı valideynlərin narahatlığına münasibət bildirən nazir deyib ki, Azərbaycanda mövcud siniflərin yalnız 3 faizində 40 və daha çox şagird təhsil alır. Bəzi yerlərdə əhalinin sıxlığı ilə məktəblərin şagird tutumu arasında qeyri-mütənasiblik var.

Təhsil müəssisələrində pandemiya qaydalarına dair təlimat təsdiqlənib və artıq bu gündən qüvvədədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti