Xəzər Xəbər

Ərdoğan BMT-də Azərbaycandan danışdı: Özünümüdafiə hüququndan istifadə etdi VİDEO

Veb TV | 375 | 08:55 • 22 Sentyabr 2021
Ərdoğan BMT-də Azərbaycandan danışdı: Özünümüdafiə hüququndan istifadə etdi

"Qafqazda sabitlik baxımından yaxın dönəmdə önəmli addımlar atılıb".

"Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında çıxışı zamanı deyib.

"Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarların predmeti olan öz torpaqlarındakı işğala son qoyub. Bu proses, həmçinin regionda daimi sülh naminə yeni fürsət pəncərələrinin açılmasına imkan verdi. Biz tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək niyyətindəyik", - Türkiyə lideri vurğulayıb.

 

Xəbər lenti