Xəzər Xəbər

İtaliyada Etna vulkanı yenidən oyandı VİDEO

Veb TV | 09:03 • 22 Sentyabr 2021
İtaliyada Etna vulkanı yenidən oyandı

İtaliyanın cənubundakı aktiv vulkanlardan olan Etna yenidən fəallaşıb.

Siciliya adasındakı 3326 metrlik Etna vulkanının cənub-şərqindəki kraterdə lava axınları müşahidə olunub, yaranan duman geniş əraziyə yayılıb.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatlarına görə, vulkandan lava axını təxminən 3 saat davam edib. Dumanın 9000 metr yüksəkliyə çatdığı bildirilib. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə də toz dumanı yayılıb. Lakin bu, vulkanın yaxınlığındakı Kataniyanın “Fontanarossa” hava limanının fəaliyyətinə təsir göstərməyib.

Qeyd edək ki, ilin əvvəlindən Etna vulkanında aktivlik müşahidə edilir, lava axını və dumanın sayının 50-ni keçdiyi bildirilir./Publika.az 

Xəbər lenti