Xəzər Xəbər

Avtovağzallarda sərnişinlərdən COVID-19 pasportu tələb olunur? VİDEO

Veb TV | 19:58 • 20 Sentyabr 2021
Avtovağzallarda sərnişinlərdən COVID-19 pasportu tələb olunur?

Yeni tədris ilinin başlanması ilə əlaqədar bütün avtovağzallar gücləndirilmiş iş rejiminə keçib. Bölgələrdən Bakıya gələn və paytaxdan bölgələrə gedən sərnişin axınını tənzimləmək üçün xəttə əlavə avtobuslar buraxılacaq. Bundan başqa vaksin olunmaq istəyənlər üçün də Bakı Beynəlxalq Avtovağzal Kompleksidə vaksin məntəqəsi yaradılıb. İstənilən şəxs bu məntəqəyə gələrək vaksin oluna bilər.

Ölkədə fəaliyyət göstərən bütün avtovağzallar gücləndirilmiş iş rejiminə keçib.

Məqsəd yeni tədris ilinin başlanması ilə əlaqədar regionlardan Bakıya gələn və əks istiqamətə gedən sərnişinlərin rahatlığını təmin etməkdir.

Mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, tədris müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar məhdudlaşdırılması səbəbilə məhdud sayda avtobuslarla xidmət göstərilirdi.Artıq avtobusların sayının artırılması qərarlaşdrılıb..

Bu arada Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişinlər üçün COVID-19 vaksinasiya məntəqəsi yaradılıb.İstənilən şəxs bu məntəqəyə gələrək vaksin vurdura bilər.

Qeyd edək ki,Nazirlər Kabinetinin qərarına uyğun olaraq,avtovağzallarda sərnişinlərdən COVID-19 pasportu tələb olunmur. 

 

Xəbər lenti