Xəzər Xəbər

Masazırda üfunət və tüstü: sakinlər nəfəs ala bilmir VİDEO

Veb TV | 19:49 • 20 Sentyabr 2021
Masazırda üfunət və tüstü: sakinlər nəfəs ala bilmir

Abşeron rayonun Masazır kəndi ərazisində qanunsuz olaraq məişət tullantıları polioqnu yaradılıb. Tonlarla yığılan zibillərin hər gün yandırılması yaxınlıqda yaşayan sakinləri narahat edir. Aidiyyatı qurum isə məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verildiryini deyir

Qalaq-Qalaq yığılan məişət tullantıları, ətrafı bürüyən tüstü. Hətta bu üfunət evlərə qədər gəlib çatır. Görüntülər Abşeron rayonu Masazır kəndindəndir.

Masazır kəndinin Yoncalıq adlanan ərazisində yaşayan sakinlər bildirir ki, ərazi zibil poliqonuna çevrilib. Hər gün çoxsaylı avtomobillər bura məişət tullantıları boşaldır. Ardınca həmin tullantılar yandırılır. Qatı tüstü və üfunət onların yaşadığı evə qədər gəlir. Bu isə sakinləri narahat edir. 

Qeyd edək ki, ərazidə qanunsuz olaraq yaradılan məişət tullantıları poliqonu artıq 2 ildir fəaliyyət göstərir. Məsələ ilə bağlı Masazır kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Sözü gedən qurumdan bildirildi ki, problemdən xəbərləri var. Göl olan əraziyə bələdiyyə tərəfindən deyil, hansısa MMC və şirkətlər tərəfindən qanunsuz olaraq məişət tullantıları daşınır. Bununla bağlı hüquq mühafisə orqanlarına məlumatda verilib.

Bildirildi ki, vətəndaşların haqlı narazılığı qısa vaxt ərzində aradan qaldılacaq.

Xəbər lenti