Xəzər Xəbər

Bakıda dəhşətli cinayət - Kürəkən qayınata və qayınanasını YANDIRDI VİDEO

Veb TV | 19:40 • 20 Sentyabr 2021
Bakıda dəhşətli cinayət - Kürəkən qayınata və qayınanasını YANDIRDI

Gecə Bakıda ağır cinayət olub. Qaynatası və qaynanasının yaşadığı evə gələn kürəkən mübahisə zamanı onların üstünə benzin töküb yandırıb. Hadisə zamanı qaynata ağır yanıq xəsarəti alıb. Polis isə əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən kürəkəni saxlayaraq istintaqa cəlb edib.

Kürəkən qaynatası və qaynanasını yandırıb.

Ağır cinayət gecə paytaxtın Nəsimi rayonunda baş verib. Hüseyn Seyidzadə küçəsi 11 ünvanında yaşayan Mütəllim Babayev və arvadı Tahirə Babayevanın yanıq xəsarəti alması ilə bağlı polisə və təcili tibbi yardıma məlumat daxil olub.

Dərhal hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəliblər. Məlum olub ki, adı çəkilən şəxsləri kürəkəni qəsdən yandırıb.

Qonşuların sözlərinə görə, həmin mənzilldə əvvəlcə kürəkən Rövşən Tağıyev yoldaşı ilə yaşayırmış. Sonra onlar Şamaxinka adlanan əraziyə köçüblər. Hadisə baş verən ünvana isə Mütəllim və yoldaşı Tahirə köçüb. Qonşular ailənin sakit və mehriban olduqlarını deyirlər.

Ağır dərəcəli yanığ xəsarəti alan Mütəllim Babayevi təcili yardım avtomobili 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə aparıb.Şöbənin baş həkimi Şöhrət Məmmədov deyir ki, qadının ayağından yüngül xəsarəti olduğundan ona ilkin yardım edilib və evə buraxılıb. 

Faktla bağlı  cinayət işi başlanıb. Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisənin nə səbəbdən baş verməsi istintaqla araşdırılır.

 

 

 

 

 

 

Xəbər lenti