Xəzər Xəbər

Koronavirusun hazırkı dalğası sönməyə doğru gedir AÇIQLAMA/VİDEO

Veb TV | 20:19 • 15 Sentyabr 2021
Koronavirusun hazırkı dalğası sönməyə doğru gedir

Azərbaycanda koronavirusun hazırkı dalğası sönməyə doğru gedir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, bu cür müsbət tendensiyanın müşahidə edilməsinin bir neçə səbəbi var.

"Artıq soyuq aylara doğru gedirik və bu dövrdə kəskin respirator infeksiyalar, qrip kimi xəstəliklər mövsümi olaraq artmağa başlayır. Xüsusilə ötən il oktyabrın 12-dən sonra yoluxma sayında artım müşahidə edilmişdi. Həmin mənzərə bu il də müşahidə edilə bilər",-deyə baş infeksionist qeyd edib.

O əlavə edib ki, məhz bütün bunlar nəzərə alınaraq vətəndaşlar vaksinasiya prosesində aktiv şəkildə iştirak etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti